Diplomun var,
amma təcrübə yoxdur?

Praktik hüquq dərsləri — real sənədlər, real prosedurlar. İlk işini tapmaq və karyeranı qurmaq üçün lazım olan təcrübəni qazan.

edulaw necə işləyir?

  1. Kursu seç

    Sahənə uyğun praktik kursu seç.

  2. İmtahanı keç

    Hər kursun sonunda imtahandan uğurla keç.

  3. Təcrübəyə başla

    İmtahanı uğurla keç və konsaltinq şirkətində zəmanətli real təcrübəni keç.

  4. İşə başlamağa hazır ol

    Təcrübəni tamamladıqdan sonra ilk karyera imkanlarından yararlan.

İnteraktiv videolar. Real sənədlər. Sadə öyrənmə.

01

MMC, Filial və Nümayəndəliyin qeydiyyatı

Qeydiyyat üçün tələb olunan addımlar, sənədlər və digər məsələlər.

Mövcuddur

Onlar başladı. Növbə sənindir.

“Ən çox xoşuma gələn odur ki, dərslər real iş təcrübəsinə əsaslanır. EduLaw sayəsində praktikada vacib olan nüansları öyrəndim və özümə daha çox güvən qazandım.”
Aydan KərimovaTələbə, kiçik hüquşünas
“Platformada bəyəndiyim məqam mövzuların addım-addım izah olunması idi. Real nümunələr sayəsində nəzəriyyəni başa düşmək və yadda saxlamaq daha asan oldu.”
Qədriyyə AdilzadəTələbə

Niyə edulaw?

Salam. Gəl tanış olaq!

Mən Sücayət Əliyeva, VLM and Partners hüquq və vergi konsaltinq şirkətində baş hüquqşünasam. Artıq 4 ildən çoxdur ki, hüquq sahəsində fəaliyyət göstərirəm və bu müddət ərzində kommersiya hüququ, miqrasiya hüququ, əqli mülkiyyət hüququ və digər sahələrdə geniş təcrübə qazanmışam.

¶ Niyə bu platformanı yaratdım

Bu platformanı yaratmaqda məqsədim gənc hüquqşünaslara və hüquq fakültələrinin tələbələrinə real praktik biliklərə çıxış imkanı yaratmaqdır. ​Bir çox tələbə və məzun iş tapmaqda çətinlik çəkir, çünki şirkətlər yalnız nəzəri bilik deyil, həm də praktiki təcrübə tələb edirlər.

edulaw məhz bu boşluğu doldurmaq üçün yaradılıb.

İnteraktiv video dərslər vasitəsilə siz aşağıdakı bacarıqları qazana biləcəksiniz:​

  • Hüquqi fəaliyyətin praktik tərəflərini öyrənmək.
  • Müsahibələrə daha inamla hazırlaşmaq.
  • Real iş mühitində operativ qərarlar qəbul etmək.
  • Müştərilərlə düzgün və effektiv ünsiyyət qurmaq.
  • Hüquqi prosesləri mərhələli və qaydalara uyğun yerinə yetirmək.

edulaw sənə hüquq sahəsində yalnız bilik deyil, özünəinam, praktiki düşüncə tərzi və peşəkar yanaşma qazandıracaq.

Pulsuz karyera konsultasiyası

Karyeranla bağlı sualın var?

20 dəqiqəlik onlayn görüşdə birlikdə danışaq.